Avropa İttifaqı Rusiyaya sanksiya tətbiq etdi - SİYAHI

Avropa İttifaqı Rusiyaya sanksiya tətbiq etdi - SİYAHI
17:58 21 Yanvar 2019
40 Digər
Ölkə mətbuatı
A- A+

Avropa İttifaqı Rusiyaya və Suriya qurumlarına sanksiya tətbiq edib.

Publika.az xəbər verir ki, kimyəvi silah istifadəsində rolu olan Suriya Elmi Araşdırmalar Mərkəzi (SSRC) ilə Rusiya Hərbi Kəşfiyyat Mərkəzinin 9 işçisi sanksiyalara məruz qalıb.

Bu qərar Brüsseldə keçirilən Aİ Xarici İşlər Nazirləri Şurasında qəbul edilib. Toplantı əsnasında Avropa İttifaqı Şurasından verilən yazılı açıqlamada İngiltərənin Salisburi şəhərində sui-qəsdə məruz qalan agent Sergey Skripal məsələsi ilə bağlantısı olan 4 nəfərin siyahıya daxil edildiyi bildirilib.

Eyni zamanda, kimyəvi silah istehsal edən Suriya Elmi Araşdırmalar Mərkəzinin 5 üzvünün sanksiyaya məruz qaldığı qeyd edilib.

Sanksiyalarda Avropa İttifaqı ölkələrinə səfər etmək, həmin ölkələrdə fərdi və qurumların mülklərinin dondurulması yer alır. Bu qərarı qəbul etməkdə məqsəd kimyəvi silahların istehsalı və istifadəsinin qarşısını almaqdır.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/avropa/266961.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR