“Azər Türk Bank”ın xalis mənfəəti kəskin azalıb

“Azər Türk Bank”ın xalis mənfəəti kəskin azalıb
18:12 21 Yanvar 2019
66 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 21 yanvar. REPORT.AZ/ “Azər Türk Bank” ASC-nin aktivləri ötən il 9,9% artaraq bu il yanvarın 1-nə 368 307 min manat təşkil edib.
“Report” bu barədə Bankın maliyyə hesabatına istinadən xəbər verir.
Hesabat dövründə "Azər-Türk Bank"ın kredit portfeli 38,4% artaraq 165 620 min manata yüksəlib.
İl ərzində Bankın cəmi öhdəlikləri illik 12,2% artaraq 314 839 min manat, o cümlədən müştəri hesabları 8,2% azalaraq 200 325 min manat olub. 
Ötən ilin sonuna Bankın nizamnamə kapitalı 50 000 min manat, cəmi kapitalı isə 53 468 min manat təşkil edib. 
2018-ci ildə "Azər-Türk Bank" 110 min manat mənfəət vergisi ödəyib və ili 169 min manat xalis mənfəətlə başa vurub. Xatırladaq ki, Bank 2017-ci ildən 1 144 min manat xalis mənfəətlə çıxmışdı. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/azer-turk-bank-oten-il-169-min-manat-xalis-menfeet-elde-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR