"Qəbələ"də baş məşqçi dəyişikliyi

"Qəbələ"də baş məşqçi dəyişikliyi
19:22 21 Yanvar 2019
50 İdman
Ölkə mətbuatı
A- A+

Qəbələ"nin U-19 komandasında baş məşqçi dəyişikliyi gerçəkləşib.Milli.Az klubun saytına istinadən xəbər verir ki, Famil Xəlilov Gənclər Liqasında mübarizə aparan "qırmızı-qaralar"ın baş məşqçisi təyin olunub. 2017-2018-ci illər mövsümündə bu komanda ilə Azərbaycan çempionu olan mütəxəssis ötən ilin avqustunda U-19-dan ayrılmışdı. Buna səbəb Xəlilovun 15 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçi təyin olunması idi.Beş aydan sonra "Qəbələ"yə qayıdan mütəxəssis U-19-da Emin İmaməliyevi əvəzləyib. Sonuncu müxtəlif komandalarını çalışdırdığı futbol akademiyasından ayrılıb. İmaməliyev karyerasını 2001-2002-ci il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan milli komandasında məşqçi kimi davam etdirəcək.Milli.Az

Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/723291.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR