Lökbatanda yolu keçən piyadanı avtomobil vurub öldürdü

Lökbatanda yolu keçən piyadanı avtomobil vurub öldürdü
20:15 21 Yanvar 2019
54 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Trend-ə verilən məlumata görə, yanvarın 20-də saat 1 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində Neftçala rayon sakini Elsevər Mehdiyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən qəsəbə sakini Asif Allahverdiyevi vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Qaradağ RPİ tərəfindən araşdırma aparılır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/incident/3008424.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR