Netanyahu: İsrail ona təhdid yaradan istənilən ölkəyə zərbə endirəcək

Netanyahu: İsrail ona təhdid yaradan istənilən ölkəyə zərbə endirəcək
21:08 21 Yanvar 2019
58 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

İsrail ona təhdid yaradan istənilən ölkəyə cavab zərbəsi endirməyə hazırdır.

Trend-in məlumatına görə, bu sözləri ötən gün İsrail təyyarələrinin Suriyaya zərbə endirməsini şərh edən ölkənin baş naziri Binyamin Netanyahu deyib.

İran tərəfinin Qolan yüksəkliyinə raket buraxmasına münasibət bildirən B.Netanyahu İsrailin bu cür aqressiv fəaliyyətə göz yummayacağını bildirib:

“Biz İrana və onların işğalçılığına xidmət Suriya qüvvələrinə qarşı mübarizə aparırıq. Bizə kim zərər vurmağa çalışsa, cavab zərbəsi endirəcəyik. Bizə kim təhdid etsə, buna görə tam məsuliyyət daşıyacaq”.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/other/world/3008525.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR