Avropa İttifaqında transmilli narkomafiyaya zərbə endirilib

Avropa İttifaqında transmilli narkomafiyaya zərbə endirilib
21:37 21 Yanvar 2019
69 Dünya
Ölkə mətbuatı
A- A+

Avropada irimiqyaslı əməliyyat çərçivəsində transmilli mafiya dəstəsinin üzvü olduğu ehtimal edilən 90 nəfər tutulub.Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, onlar əsasən narkotik maddələrin satışında, zorakılıq və dələduzluqda ittiham edilir.Almaniya, Niderland, Belçika, İtaliyanın hüquq-mühafizə orqanları, həmçinin onların Latın Amerikası ölkələrindən olan həmkarları birgə təqib və təhqiqat aparıblar.Zərbə endirilən mafiya Avropa İttifaqında ən güclü cinayətkar təşkilat hesab edilir. Bu təşkilat narkotik maddələrin, xüsusən də kokainin satışına nəzarəti həyata keçirir, həmçinin Cənubi Amerikadan Avropaya tədarük kanallarını təmin edir.Milli.Az

Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/723217.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR