Gəncə Dövlət Filarmoniyasında “Kəpəz Kuboku 2019” yarışı keçiriləcək (FOTO)

Gəncə Dövlət Filarmoniyasında “Kəpəz Kuboku 2019” yarışı keçiriləcək (FOTO)
04:36 22 Yanvar 2019
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

26-27 yanvar Azərbaycan Gənclər İttifaqının və Azərbaycan Rəqs Assosiasiyasının təşkilatçılığı ilə Gəncə Dövlət Flarmoniyasında “Kəpəz Kuboku 2019” yarışı keçiriləcək.

Trend-in məlumatına görə, yarışa təşkilatı dəstək Mədəniyyət Nazirliyi və "Jam Group"a məxsusdur. Yarışma yaş kateqoriyasına görə keçirilir: beybi (6 yaşa kimi), uşaq (10 yaşa kimi), yuniorlar (16 yaşa kimi), ergin (16 yaş və yuxarı).

Azərbaycan Rəqs Assosiasiyası bildirib: «Ölkəmizdə gənclər arasında incəsənətimizə böyük maraq var. Keçirilən festivallar, müsabiqələr bu marağın artmasına səbəb olur, gəncləri bu sahələrə sövq edir. Yarışmaların, rəhbər və müəllimlərlə görüşlərin keçirilməsində əsas məqsəd incəsənətin bütün növlərinin və musiqi janrlarının - həm milli muğam, həm də milli klassik və instrumental ifaçılıq, yaxud ifaçılığın digər növlərinə maraq obyektinin daha da artmasına və bu sahələrdə bacarığı olan gənclərimizin inkişafına səbəb olmaqdı».

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/culture/3008550.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR