Zelenski seçki kampaniyasına pulu kimdən aldığını açıqladı

Zelenski seçki kampaniyasına pulu kimdən aldığını açıqladı
07:17 22 Yanvar 2019
66 Dünya
Ölkə mətbuatı
A- A+

Ukraynalı şoumen və aktyor Vladimir Zelenski seçki kampaniyasını özünün və dostlarının köməyilə maliyyələşdirdiyini bildirib.Milli.Az oxu.az-a istinadən bildirir ki, o, bunu "Ukrainskaya pravda" nəşrinə müsahibəsində deyib.Bununla belə Zelenski nə qədər pul xərclədiyini açıqlamayıb."Biz özümüz etmişik. Təkcə mənim cibimdən yox. Allaha şükürlər olsun ki, mənim dostlarım var", - o deyib.Zelenski seçki kampaniyasının "1+1" telekanalının sahibi, iş adamı İqor Kolomoyski tərəfindən maliyyələşdirilməsinə dair məlumatları da təkzib edib. Aktyor bildirib ki, onunla Kolomoyskini yalnız işgüzar münasibətlər birləşdirir. Zelenski telekanal sahibini "strateji tərəfdaş" da adlandırıb.  "1+1" telekanalı kim olduğumu və nə işlə məşğul olduğumu, pullarımı hansı yolla qazandığımı çox gözəl bilir. Mən heç nəyi gizlətmirəm", - deyə o bildirib.Milli.Az

Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/723377.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR