Yunanıstanın 20%-i adalardan ibarətdir və bu adalara enerji mənbəyi çox zaman fasilələrlə verilir. Tam enerji veriləndə isə yüksək dərəcədə yanacağın yandırılması reallaşdırılır. Bu səbəbdən Tesla şirkəti Yunanıstan hökuməti ilə xüsusi layihənin reallaşdırılması üçün müqavilə bağlayıb və layihənin ilkin mərhələsi Lemnos adasında reallaşdırılacaq. Bu barədə Hightech.plus saytı xəbər verib.Milli.Az technote.az-a istinadən bildirir ki, adaları elektrik enerjisi ilə təmin etmək uzun illər ərzində Yunanıstan üçün ciddi məsələ idi. Lakin alternativ enerjilərin və onların saxlanması texnologiyalarının inkişafı bu problemi aradan qaldırmağa imkan verir. Tesla şirkətinin və Yunanıstanın enerji nazirliyinin planı üzrə uzaq məsafələrdə yerləşən adaların enerji problemi günəş panelləri fermaları və litium-ion batareyaları əsaslı enerji saxlama sistemləri vasitəsilə aradan qaldırılacaq.Məlumata əsasən Tesla şirkətinin təmsilçiləri və Yunanıstan hökuməti sözügedən layihənin bəzi məsələləri üzrə razılığa gəliblər. Onlar həmçinin adalar üzrə enerji sisteminin yenidən qurulmasını da müzakirə ediblər. Sözügedən elektrik enerjisi sxemi Tesla şirkəti üçün ənənəvi olacaq. Belə ki, şirkət günəş panelləri şəbəkəsini yerləşdirəcək və həmin şəbəkəni Tesla Powerpack adlı litium-ion batareyaları əsaslı enerji saxlama sisteminə qoşacaq.Milli.Az
Tesla yunan adalarını enerji qıtlığından xilas edəcək
0552252950 (Whatsapp)
BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR
Top xəbərlər
Son xəbərlər »
Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəldi
25 Aprel 2024
03:18
Krım körpüsü bağlandı
25 Aprel 2024
01:15
BMT-də Azərbaycanın növbəti məruzəsinin təqdimatı keçirildi
25 Aprel 2024
00:18
Ölkə kuboku əlavə prestijdir -
24 Aprel 2024
23:45
Lənkəranda keçmiş polis anasına görə öz həyatına qəsd etdi -
24 Aprel 2024
23:05
Tanınmış meyxanaçı nəvəsinə Polad Həşimovun adını verdi
24 Aprel 2024
22:48
"Qarabağ" - "Neftçi" oyununda vurulan qol diqqət çəkdi -
24 Aprel 2024
22:28
İlk oyunun nəticəsi hər iki komandaya təsir etdi -
24 Aprel 2024
22:19
Paşinyanın xanımı təhqir olundu -
24 Aprel 2024
22:05
Kubok oyununda darmadağın -
24 Aprel 2024
21:42