Ronaldu Messiyə çatdı - Qaçırılan penaltilərdə

Ronaldu Messiyə çatdı - Qaçırılan penaltilərdə
10:12 22 Yanvar 2019
85 İdman
Ölkə mətbuatı
A- A+

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştianu Ronaldu karyerasında 25-ci dəfə penaltini qaçırıb. Milli.Az matç.az-a istinadən xəbər verir ki, hücumçu A seriyasının "Kyevo" ilə görüşündə (3:0) qapıçı ilə dueldən məğlub ayrılıb.Belə ki, Stefano Sorrentino portuqaliyalının zərbəsini dəf edib. 25-ci dəfə 11 metrlik nöqtədən fərqlənə bilməyən Ronaldu bu mənfi statistikada Lionel Messiyə çatıb. "Barselona"nın argentinalı ulduzu da karyerasında 25 xətaya yol verib.Lakin Ronaldu 139, Messi isə 108 penalti yerinə yetirib. Bir sözlə, portuqaliyalı belə imkanların 84, argentinalı isə 77 faizini qola çevirib.Qeyd edək ki, Kriştianu ilk dəfə "Yuventus"un heyətində penalti qaçırıb. Onun əvvəlki 4 cəhdi uğurlu alınmışdı.Milli.Az

Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/723427.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR