Məşhur müğənninin həyat yoldaşı bikinidə şəklini paylaşdı – FOTO

Məşhur müğənninin həyat yoldaşı bikinidə şəklini paylaşdı – FOTO
10:18 22 Yanvar 2019
106 Şou
Ölkə mətbuatı
A- A+

Serdar Ortaçın irlandiyalı həyat yoldaşı Xloya Loughnan instaqramda ünvanına yazılan “Bir az da ərinlə məşğul ol” sözlərinə qəzəblənib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 27 yaşlı məşhur model sosial şəbəkədə bikinidə şəklini paylaşıb. İzləyicilərindən biri Xloyanı ərinə qarşı biganə olmaqda ittiham edib. Model buna “Xanım, instaqramda bir şəkil paylaşmaqla nə işlə məşğul oluram? Evlilik həyatım haqqında nə bilirsiniz?” deyə cavab verib.

Xatırladaq ki, bir neçə gün əvvəl Gürcüstana gedən müğənni Serdar Ortaç dağınıq skleroz (sinir sisteminin iltihabi xəstəliyi olub, baş və onurğa beynində sinir hüceyrələrinin örtük qişasının zədələnməsi ilə müşahidə olunur) xəstəliyi üçün qəbul etdiyi dərmanlardan dolayı ölkəyə girişinə qadağa qoyulduğunu söyləyib. Onun dərmanları əlindən alınaraq üzərində ciddi yoxlama aparılıb.

Müğənninin xanımı Xloya Loughnan isə 5 ay əvvəl modellik üçün Mayamiyə getmişdi. Oktyabr ayında keçirdiyi qəzadan sonra bədəninin sol tərəfində bir çox sınıq meydana gəlmişdi. Məşhur müğənninin bu müddət ərzində həyat yoldaşının yanına getməməsi "Boşanırlar" xəbərlərinin yayılmasına səbəb olmuşdu.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/magazin2/267012.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR