Ləğv prosesində olan “Royalbank” ASC-nin kreditorlarının diqqətinə!

Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan "Royalbank" ASC-nin kreditorlarının diqqətinə çatdırır ki, növbəlikdə sonuncu sırada olan təminatsız kreditorların tələblərinin növbəti ödənişi 28 yanvar 2019-cuil tarixindən etibarən başlanacaq.

Qurumun mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, tələblərin ödənişi nağdsız qaydada həyata keçiriləcək.

Kreditorlardan xahiş olunur ki, tələblərin ödənişi ilə bağlı Əmanətlərin Sığortalanması Fondunun Bakı şəhəri, Babər prospekti, 16 ünvanında yerləşən binasına müvafiq sənədlərlə müraciət edərək bank rekvizitlərini qeyd etsinlər.

Əlavə məlumat almaq üçün əlaqə nömrələri:

Bakı ş. (012) 596 65 91/92/93

Qaynar xətt: 941


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR