Rusiyada bankda partlayış

Rusiyada bankda partlayış
10:29 22 Yanvar 2019
46 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Rusiyanın Novosibirsk şəhərində səhər saatlarında "Otkrıtiye" bankının bölməsinin bankomat yerləşən hissəsində partlayış olub.

Trend-in məlumatına görə, partlayış nəticəsində pəncərə sınıb və tüstülənmə olub. Bununla belə, pullar oğurlanmayıb, xəsarət alan olmayıb.

Operativ istintaq qrupu əraziyə gəlib. Fakt üzrə araşdırma aparılır, cinayət işi açılıb.

Partlayışın bankomatdan pul oğurlamaq məqsədilə törədildiyi ehtimal edilir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/other/world/3008726.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR