Apple Watch insult diaqnozunu qoya biləcək

"Apple" korporasiyası tibb sahəsində ekspertlərlə birgə öz "ağıllı" saatına insult diaqnozunu qoymağı öyrətmək niyyətindədir.

Metbuat.az ICTnews-a istinadən bildirir ki, ABŞ şirkətinə bu məsələdə dərman, sanitar-gigiyenik məhsullar və tibbi avadanlıq istehsalçısı "Johnson & Johnson" kömək edəcək. "Ağıllı" saat insult ehtimalını erkən mərhələdə müəyyənləşdirməyi öyrənəcək. Şirkətin mətbuat xidmətindən bildirilib ki, korporasiya hər gün "Apple Watch" smart saatının istifadəçiləri tərəfindən təşəkkür məktubu alır.

Hazırda sözügedən saat nəbzi ölçə və simptomlara görə ürək xəstəliklərinə diaqnoz qoya bilir. Həmçinin "Apple Watch 4" saatı elektrokardioqrafiya prosedurunu keçirmək qabiliyyətinə malikdir, ancaq yalnız ABŞ-da işləyən bu funksiya peşəkar həkimlər tərəfindən tənqidə məruz qalır.

Cəbhədən son məlumat - Müdafiə Nazirliyi - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR