"İnstagram"ın 88 yaşlı yeni fenomeni - FOTOLAR

İspaniyanın Valensiya şəhərində yaşayan 88 yaşlı Conça Qarsia Zaera yaşıdlarından xeyli fərqlənir.

Metbuat.az axşam.az-a istinadən xəbər verir ki, yaşıdları kimi hörgü hörmək, tikiş tikmək əvəzinə hobbi olaraq "Paint" proqramını öyrənib, orada yaratdığı əsərləri "İnstagram" hesabında yerləşdirən Qarsia bununla fenomenə çevrilib.

Həyat yoldaşı xəstə olduğu üçün çölə az-az çıxan qadın evdə darıxmasın deyə övladları ona komputer alır. Nəvəsinin köməkliyi ilə "Paint" proqramını öyrənən Conça şəkilləri daha sonra sosial mediada paylaşaraq minlərlə izləyici toplayır.

88 yaşlı qadının təkcə "Paint"lə çəkdiyi fotoları görənlər təəccüblərini gizlədə bilmir.

Cəbhədən son məlumat - Müdafiə Nazirliyi - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR