Qardaş bacısına böyrəyini bağışlayıb - SƏHİYYƏ

26 yaşlı qadın üzərində uğurlu böyrəkköçürmə əməliyyatı həyata keçirilib.

Metbuat.az xəbər verir ki, donor pasiyentin qardaşı olub. Xəstənin həyat yoldaşının donor olmağına razılıq verməsinə baxmayaraq, qadının qardaşı bu istəyə qarşı çıxaraq özü donor olmağa qərar verib.

Əməliyyatı icra edən həkim Rəşad Şolanın sözlərinə görə, transplantologiyada ən böyük problem donorluqdur. Bu ailə isə o nadir ailələrdən biri idi ki, həmin ailənin bütün üzvləri donor olmağa hazır olduqlarını bildirib: “Düşünürəm ki, insanlığın bu canlı nümunəsi təqdirəlayiqdir. Bu ailədən örnək götürülməlidir".

Aysel Yaqubqızı / Metbuat.az

Bədənini isti armatur deşən xəstəni ATU-da sağaldıblar - FOTO


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR