Pakistanda "Taliban"ın qurucusunun oğlu öldürülüb

Pakistanda "Taliban"ın qurucusunun oğlu öldürülüb
11:12 22 Yanvar 2019
46 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 22 yanvar. REPORT.AZ/ Radikal "Taliban" hərəkatının qurucusu və dini lideri molla Ömərin oğlu molla Yaqub Pakistanda öldürülüb.
Bu barədə "Report" "İnterfaks"a istinadən xəbər verir.
Yaqubun Pakistanın Pişəvər şəhərində öldürüldüyü bildirilir. O, əvvəlcə yaralanıb, sonra naməlum şəxslər tərəfindən öldürülüb.
Digər mənbələrdən alınan məlumata görə, Yaqub əvvəlcə qaçırılıb, sonra öldürülüb.
"Taliban" nümayəndələri hələlik bu məlumata cavab verməyiblər.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/pakistanda-taliban-in-qurucusunun-oglu-oldurulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR