Qəzaya düşən “Hyundai” üç piyadanı vurdu

Yanvarın 21-də saat 19 radələrində Qusar şəhəri ərazisində İmamqulukənd kənd sakinləri - Elşad Aslanxanovun və Azad Şıxqayıbovun idarə etdikləri “Hyundai” və “VAZ-21154” markalı avtomobillər toqquşub.

DİN Mətbuat Xidmətindən Metbuat.az-a verilən xəbərə görə, sonradan E.Aslanxanov idarəetməni itirdiyindən yaxınlıqda olan şəhər sakinləri Samir Salmanovu, İdris Seyfullayevi və Kamran Sədiyevi vurub.

Nəticədə S.Salmanov hadisə yerində ölüb, digər 2 piyada xəstəxanaya yerləşdiriliblər. Qusar RPŞ tərəfindən araşdırma aparılır.

Cəbhədən son məlumat - Müdafiə Nazirliyi - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR