Naxçıvanda zabitlərin komandir hazırlığı və təlim-metodiki toplantıları keçirilib - VİDEO

Naxçıvan Qarnizonunda bölük, batareya komandirləri və müavinlərinin, taqım komandirləri və digər kateqoriyadan olan zabitlərin komandir hazırlığı və təlim-metodiki toplantıları keçirilib.

Metbuat.az xəbər verir ki, toplantılara cəlb edilmiş zabitlərin döyüş hazırlığı üzrə nəzəri bilikləri, praktiki vərdişləri, döyüş zamanı tabelikdə olan bölmələri idarəetmə bacarıqları yoxlanılıb.

Müxtəlif ixtisaslar üzrə məqbullar verən zabitlər yüksək nəticə göstəriblər. Naxçıvan Qarnizonu qoşunlarının birləşmə, hissə komandirləri və müavinləri ilə komandir hazırlığı toplantısı davam edir.


Sabah Bakıda güclü külək əsəcəyi gözlənilir - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR