"Ermənistanın gələcək inkişafı Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasından asılıdır" - Sevinc Fətəliyeva

Hər bir ölkədə keçirilən seçkilər həmin dövlət, eləcə də ona qonşu ölkələr üçün ciddi hadisədir. Region dövlətləri olaraq GürcüstanErmənistandakı vəziyyət Azərbaycan üçün çox önəmlidir. Gürcüstanda ilk qadın prezidentin seçilməsi münasibətilə gürcü həmkarlarımı təbrik edirəm.

Metbuat.az xəbər verir ki, bu fikri AŞPA-nın qış sessiyasında Büro və Daimi Komitənın fəaliyyətinə dair hesabatla bağlı müzakirələr zamanı qurumdakı Azərbaycan nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva bildirib.

O deyib ki, Ermənistanda keçirilmiş parlament seçkiləri bu ölkədəki vəziyyət haqqında düşünmək və müzakirə aparmaq üçün ciddi əsaslar verir. Assambleyada Ermənistandakı seçkilər və demokratiyanın vəziyyəti dəfələrlə müzakirə olunub, lakin çox nadir hallarda tənqidi fikirlər səsləndirilib. Buna baxmayaraq, burada bəzi deputatların Ermənistanın keçmiş rəhbərliyini cidd-cəhdlə müdafiə etməsinin şahidi olmuşuq. Nəhayət, Ermənistan əhalisinin mövqeyi üstün gəldi və bütün dünya Ermənistanda 20 il davam edən vəziyyəti gördü: Serj Sarkisyan hakimiyyəti ölkəni siyasi və iqtisadi böhran həddinə gətirib çıxarmışdı. Assambleyada alqışlarla qarşılanan Serj Sarkisyan azərbaycanlıların Xocalıdakı qətliamında iştirakını açıq şəkildə və fəxrlə elan edirdi. Artıq Ermənistan əhalisi cinayətkar rejimdən xilas olub və ümid edirik ki, yeni hökumət siyasətini öz xalqının maraqları əsasında quracaq. Bu ölkənin gələcək inkişafı Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasından və Azərbaycanla münasibətləri tamamilə normallaşmasından asılıdır.

Azərbaycan hər zaman danışıqlara hazır olduğunu bəyan edib və ümid etmək istəyirik ki, xalqın seçdiyi yeni hakimiyyət bu məsələyə ayıq-sayıq yanaşacaq və əvvəlki rejimin əməllərindən nəticə çıxaracaq.

“Hamımız seçilmiş nümayəndələr olaraq, burada ölkələrimizi təmsil edir, daha yaxşı dünya naminə öz təcrübəmizi bölüşür, uğurlarımızdan və çətinliklərimizdən söz açırıq. Avropa Şurasının 70 illik yubileyi ərəfəsində biz sülhün dəyəri, demokratiya və ədalət prinsiplərinə sadiqliyimizin əhəmiyyəti barədə bir daha düşünməliyik. Kimisə razı salmaq naminə müəyyən hallara göz yummaq, qeyri-obyektiv qərarlar qəbul etmək yolverilməzdir”, - deyə Sevinc Fətəliyeva diqqətə çatdırıb.

Sabah Bakıda güclü külək əsəcəyi gözlənilir - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR