Bir proqnozun arxasına düşən adam həyatının sevgisini tapdı - FOTOLAR

Hindistanlı bir Pradyuma Mahanandia adlı adam öz sevgi hekayəsi ilə eşidənləri heyrətləndirir.

Metbuat.az xarici KİV-ə istinadən bildirir ki, 1949-cu ildə Hindistanda kiçik bir kənddə dünyaya gələn adam həyatının sevgisini tapmaq üçün bir qədər qeyri-adi yollardan keçib. Onu bu çətin yola düşürən isə bir astroloqun gənc adamın həyatına dair verdiyi proqnoz idi.

Astroloqun proqnozuna görə, Mahanandia uzaq bir ölkədə yaşayan musiqiçi, bir meşəsi olan və buğa bürcündən olan bir qadınla evlənəcəkdi.

Mahanandia bir kanala reportaj verərək bu proqnozun gerçək ola biləcəyini deyib. Küçə sənətkarlığı ilə məşğul olan Mahanandianin yanına bir gün Sharlotte Von Schedvin adlı mavi gözlü, sarışın bir qadın yaxınlaşıb və portretini çəkməyi xahiş edib. Mahanandia qadının porteritini bitirə bilməyib və sabah yenidən gəlməsini deyib.

Beləliklə Sharlotte Mahanandianın yanına 3 dəfə gəlib. Gənc adam verdiyi reportajda “ikinci gəlişində gözlədiyim adamın o olduğuna əmin idim” deyə bildirib.

Gənc qadınla dost olan Mahanandia söhbət edərkən onun buğa bürcü olduğunu, fleyta çaldığını və bir meşəsi olduğunu da öyrənib.

Həmin zaman 18 yaşı olan Sharlotte Mahanandianın danışdıqlarından çox təsirlənib və tətilini 3 həftə uzadıb. Amma gənc qadın İsveçrəyə qayıtmağa məcbur olub.

Sharlottəyə qovuşmaqda olduqca qərarlı olan Mahanandia onun gedişindən bir il sonra bir velosiped alaraq İsveçrəyə yola düşüb.

Mahanandia tanış olduğu yardımsevər insanlar sayəsində hədəfinə çatıb. Mahanandia və Sharlottenin bir proqnozla başlayan hekayəsi xoşbəxt sonluqla bitib.

Cütlüyün biri oğlan, biri qız olmaqla iki uşağı var.

Bir Kehanetin Peşine Düşen Hindistanlı Genç, Büyük Bir Risk Alarak Hayatının Aşkını Buldu!

http://metbuat-az.com/news/1114071/kohne-tovleni-m...

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR