Ronaldo 18 milyon avrodan çox cərimə ödəyəcək

İtaliyanın “Yuventus” klubunun portuqaliyalı ulduzu Kriştiano Ronaldo bu gün İspaniyada məhkəmə qarşısına çıxıb.

Metbuat.az-ın trend.az-a istinadən verdiyi məlumata görə, futbolçu vergidən yayınma ittihamı ilə əlaqədar cavab verməli olub.

K.Ronaldo ittihamları qəbul edərək 18,8 milyon avro məbləğində cəriməni ödəməyə razı olub.

Əks halda futbolçu 23 ay müddətinə həbs cəzasına məhkum edilə bilərdi.

Bununla belə, K.Ronaldonun müəyyən müddət ərzində ictimai işlərlə məşğul olacağı bildirilib.

Sabah Bakıda güclü külək əsəcəyi gözlənilir - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR