AFFA "Neftçi"nin xahişini nəzərə aldı

AFFA "Neftçi"nin xahişini nəzərə aldı
19:27 22 Yanvar 2019
60 İdman
Ölkə mətbuatı
A- A+

Antalyada təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində dəyişiklik baş verib. Milli.Az AFFA-ya istinadən xəbər verir ki, "Neftçi"dən dəvət edilən qapıçı Kamran İbrahimov hazırlıq prosesində iştirak etməyəcək. Aqil Məmmədov zədələndiyinə görə "Neftçi" klubunun rəhbərliyi millinin baş məşqçisindən İbrahimovun toplanışdan azad edilməsini xahiş edib.U-21 toplanış çərçivəsində yanvarın 24-də, Bakı vaxtı ilə saat 12:00-da "Spartak-2" komandası ilə yoxlama oyunu keçirəcək. Milli.Az

Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/723571.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR