Əfqanıstanda ABŞ hərbçisi həlak olub

Əfqanıstanda ABŞ hərbçisi həlak olub
03:22 23 Yanvar 2019
45 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 23 yanvar. REPORT.AZ/ ABŞ ordusunun hərbi qulluqçusu Əfqanıstanda həlak olub.
"Report" xəbər verir ki, bu barədə NATO-nun "Qətiyyətli dəstək" missiyasının saytında bildirilir.
"Bu gün Əfqanıstanda bir Amerika hərbi qulluqçusu düşmən tərəfindən atıcı silahdan açılan atəş nəticəsində öldürülüb", - deyə xəbərdə bildirilir.
Həmçinin qeyd edilir ki, hərbi qulluqçunun adı və rütbəsi onun qohumları öldürülməsi barədə xəbərdar edilməyənə qədər açıqlanmayacaq.
Hadisə ilə bağlı araşdırma aparılır.
Daha əvvəl Əfqanıstanın mərkəzində yerləşən Maydan-Vardaq əyalətində radikal "Taliban" hərəkatının silahlıları tərəfindən təşkil edilən hücumda azı iki ABŞ hərbçisi ölüb.  

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/amerika-herbi-qulluqcusu-ates-neticesinde-oldurulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR