İsrail HƏMAS-ın mövqelərinə zərbələr endirib

İsrail HƏMAS-ın mövqelərinə zərbələr endirib
04:02 23 Yanvar 2019
41 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 23 yanvar. REPORT.AZ/ İsrail aviasiyası Qəzza zolağında HƏMAS-ın mövqelərinə zərbələr endirib.
"Report" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
"Al Arabiya" telekanalına istinadən yayılan məlumata görə, "İzzəddin əl-Kassam Briqadaları" qruplaşmasının (HƏMAS-ın sektora nəzarət edən hərbi qanadı) yerləşdiyi mövqe havadan basqına məruz qalıb. Ölənlərin olub-olmaması barədə məlumat verilmir.
Daha əvvəl bildirilirdi ki, İsrail ordusu sərhəddə iğtişaşlara cavab olaraq Qəzza zolağında HƏMAS-ın obyektlərinə iki zərbə endirib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/qruplasmanin-yerlesdiyi-movqe-havadan-basqina-meruz-qalib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR