Şvarsneqqerin oğlu müğənniyə görə atasına "yox" dedi

Şvarsneqqerin oğlu müğənniyə görə atasına "yox" dedi
11:16 14 Yanvar 2015
183 Şou
Ölkə mətbuatı
A- A+

Xəbər verdiyimiz kimi, aktyor Arnold Şvarsneqqer oğlu Patrikin müğənni Mayli Sayrusdan ayrılmayacağı təqdirdə onu varidatından məhrum edəcəyi ilə bağlı xəbərdarlıq edib.

Axşam.az Rusiya mediasına istinadən xəbər verir ki, aktyor və keçmiş həyat yoldaşı Mariya Şrayver müğənninin pis vərdişlərinin oğullarına da təsir edəcəyindən qorxduqları üçün bu qərara gəliblər.

Hadisələrin gedişatı isə onu göstərir ki, Patrik atasının mirası barədə düşünmür. O, Mayli ilə görüşməyə davam edərək bütün maddiyatdan imtina edib.

Arnold əvvəl oğlunun bu sevgisinə qarşı çıxmamışdı. Eləcə də, Mariya müğənni ilə Patrikin münasibətinin qısa sürəcəyini düşünürdü. İndi isə o, sərt şəkildə uzun sürən bu əlaqəyə qarşı çıxır. Hətta iştirak etməli olduğu tədbirlərdən birində gənc müğənninin də qonaqlar arasında olacağını öyrənən ana məkana getməkdən vaz keçib.

Cütlüyün dostları isə düşünürlər ki, Mayli Sayrusun sevgilisinin ailəsi ilə tanış olmağa cəhd göstərməməsi də bu qarşıdurmaya səbəblərdən biridir.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=25062

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR