Niaqara şəlaləsi güclü şaxta səbəbindən donub

Niaqara şəlaləsi güclü şaxta səbəbindən donub
06:12 23 Yanvar 2019
89 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 23 yanvar. REPORT.AZ/ Niaqara şəlaləsi ABŞ-ın şimal-şərqindəki güclü şaxtalar səbəbindən donub.
"Report" xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
"Elə soyuqdur ki, Niaqara şəlaləsinin adətən su püskürən hissələri donub. Turistlər gözəl görüntülərə heyrətləniblər", - deyə telekanal qeyd edib.
Sinoptiklərin proqnozlarına görə, gələn həftə ABŞ-da və Kanadada daha güclü soyuqlar olacaq.
Qeyd edək ki, Niaqara şəlaləsi bir müddət əvvəl də qismən donmuşdu. Kanadada və ABŞ-ın şimal hissəsində qeydıə alınan güclü şaxtalar şəlalənin qismən donmasına səbəb olmuşdu. 





Xəbərin orijinal ünvanı: https://report.az/maraqli/turistler-gozel-goruntulere-heyretlenibler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR