Bakıda taxta bazarında baş verən yanğın söndürülüb

Bakıda taxta bazarında baş verən yanğın söndürülüb.

FHN-dən Metbuat.az-a verilən məlumata görə, gecə saatlarında Bakı şəhərinin Nərimanov rayonunda taxta bazarının ərazisində yanğın yanğından mühafizə bölmələri tərəfindən saat 07:15-də söndürülüb.

Taxta bazarının ərazisində yanğın nəticəsində təxminən 350-400 m² sahədə taxta materiallar yanıb. Yanğın saat 03:48-də məhdudlaşdırılıb.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanında yanğınsöndürmə işləri aparıb.

Günün ulduz falı - 23 YANVAR - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR