Mingəçevirdə ölüm hadisəsi baş verib

Mingəçevirdə ölüm hadisəsi qeydə alınıb.

Metbuat.az-a daxil olan məlumata əsasən, hadisə ötən gün saat 17 radələrində “Azərbaycan İES” MMC-nin Köməkçi avadanlıqları istismarı sexində baş verib. Həmin yerdə üçüncü dərəcəli balondolduran vəzifəsində çalışan, Mingəçevir şəhərində qeydiyyatda olan, 1959-cu il təvəllüdlü Səfərov Famil Kamil oğlunun iş başında səhhəti qəfildən pisləşib. O, müvazinətini itirdiyi üçün yerə yıxılaraq ölüb.

Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda araşdırma aparılır.

Xəyalə Məmmədova / METBUAT.AZ

Günün ulduz falı - 23 YANVAR - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR