Güclü sel və torpaq sürüşməsindən 6 nəfər öldü: İndoneziya

İndoneziyanın Sulavesi adasında şiddətli yağışlar səbəbi ilə sel və torpaq sürüşməsi meydana gəlib.

Metbuat.az xarici KİV-ə istinadən bildirir ki, hadisə nəticəsində 6 nəfər dünyasını dəyişib. Güclü sel olduğu üçün evlərində çarəsiz qalan insanların xilasedilməsinə başlanılıb.

Tropik iqlimin hökm sürdüyü İndoneziyada şiddətli yağışlar səbəbilə tez-tez sel və torpaq sürüşmələri baş verir.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR