Arvadını 3 kişi ilə tutan ərdən qəribə reaksiya - Taksidə baş verənlər - FOTO

Arvadını 3 kişi ilə tutan ərdən qəribə reaksiya - Taksidə baş verənlər - FOTO
11:17 23 Yanvar 2019
Ölkə mətbuatı
A- A+

Ötən gün Cinema Plus kinoteatrında "Taksi Liza" filminin təqdimatı keçirilib.Komediya janrında çəkilən filmin qala gecəsində yerli məşhurlar iştirak ediblər. Filmin baş rollarına Fərda Xudaverdiyev və Xəyalə Quliyeva çəkilib. Bundan əlavə, ekran işində Zemfira Əbdülsəmədova, xalq artisti Cəfər Namiq Kamal, aktyor Faiq Mirzəyev və başqaları rol alıblar.Onlar 7-də başlayan təqdimata 1 saat gec gəlib, jurnalistlərin suallarını cavablandırıb, fanatları ilə şəkil çəkdirdikdən sonra izləyicilərlərlə birlikdə filmi seyr ediblər."Taksi Liza" filminin məşhur "Taksi" filmi ilə əlaqəsi yoxdur. Burada ssenari taksi ilə əlaqəli deyil, məşhur rəssam Leonaroda Da Vinçinin Mono Liza əsərinin qaçırılması üzərində qurulub.Fərdanın idarə etdiyi "Simuzər" adlı taksidə bir sıra maraqlı olaylar yaşanır, kino boyunca əsas obrazın başına gələn əhvalatlar gülüş doğurur.Kinonun ən çox bəyənilən və gülməli səhnələrindən biri ərin arvadını 3 nəfərlə otel otağında tutması olub. Onun qəribə reaksiyası tamaşaçıları güldürüb. Belə ki, incə davranışları ilə diqqət çəkən obraz arvadının xəyanətinə görə 3 gün onu danışdırmayacağını söyləyib.Film bu gündən etibarən kinoteatrlarda nümayiş olunacaq.Fotolar qafqazinfo.az saytına məxsusdur.Milli.Az

Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/723778.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR