​Bu il Bakıya QAR YAĞACAQ? - Baş hidroloq AÇIQLADI

Yanvar ayı qış fəslinin ən soyuq aylarından biri hesab edilsə də, ölkə ərazisində havanın temperaturu yüksək olaraq qalır.

Belə ki, hazırda paytaxtda temperatur 6-9, bölgələrdə isə 7-12 dərəcə arasında dəyişir. Maraqlıdır, ölkə ərazisində havanın temperaturu niyə yüksəkdir?

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin baş hidroloqu Asif Verdiyev Metbuat.az-a açıqlamasında bildirib ki, hazırda Bakıda və Abşeron yarımadasında müşahidə olunan temperatur iqlim normasından bir qədər yüksəkdir:

“Ümumi statistik məlumatlara nəzər salsaq, ölkə ərazisində yanvar ayında bundan da yüksək temperatur müşahidə olunub. Ancaq yanvar ayı üçün indiki temperature xarakterik deyil. Çünki qış dövrüdür. Bu aylarda adətən qar, yağış yağmalıdır. Təkcə paytaxtda deyil, həmçinin bölgələrdə də bu cür hava şəraiti özünü göstərməlidir.

Son statistik məlumatlar onu göstərir ki, şaxtalı günlərin sayında azalma tendensiyası müşahidə olunur. Hazırda Bakı və Abşeron yarımadasında gecə saatlarında havanın tempraturu 1-3, gündüz saatlarında isə 6-9 dərəcə arasında dəyişir. Bu da iqlim normasından təqribən 1-2 dərəcə yüksəkdir”.

Bu il Bakıya qar yağacaq?

Asif Verdiyev qeyd edib ki, hazırda metereoloji şəraitlə əlaqədar ölkə ərazisində, eləcə də Bakıda və Abşeron yarımadasında hələ ki qarlı-şaxtalı havanın olmasına şərait yoxdur:

“Yaxın 2-3 gün ərzində hava şəraitində ciddi dəyişiklik gözlənmir”.

Xəyalə Məmmədova / METBUAT.AZ

Bu gün güclü külək əsəcək – OXUMAQ ÜÇÜN TIKLAYIN!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR