“Neftçi”nin futbolçusu axtarışa verilib - Əsgərlikdən yayındığına görə

“Neftçi”nin futbolçusu axtarışa verilib - Əsgərlikdən yayındığına görə
11:37 23 Yanvar 2019
54 İdman
Ölkə mətbuatı
A- A+

"Neftçi"nin futbolçusu ölkəsində axtarışa verilib. Milli.Az fanat.az-a istinadən xəbər verir ki, Anton Krivotsyuk əsgərlik probleminə görə vətəninə gedə bilmir.20 yaşlı futbolçunun Ukraynada qeydiyyatda olduğu ünvana bir neçə dəfə çağırış məktubu göndərilsə də, müdafiəçi hərbi komissarlığa yollanmağa ehtiyac duymayıb.Azərbaycanın U-21 yığmasında da oynayan "milliləşdirilmiş" legionerin aqibətinin necə olacağı bilinmir. Bəlli olan budur ki, Ukrayna və Rusiya arasında yaşanan son gərginliyin ardından idmançıların müxtəlif yollarla hərbi qulluqdan yayınmasına nəzarət gücləndirilib.Azərbaycan vətəndaşlığı almayan, məlum üsulla "zaqran pasport" daşıyan Anton və klubu vəziyyətdən çıxış yolu axtarır. Qarşı tərəfin - həm klubun, həm də futbolçunun mövqeyini işıqlandırmağa hazırıq.Milli.Az

Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/723786.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR