Ana südü, körpə saçı və qandan bəzək əşyaları hazırlayır /FOTOLAR

Türkiyənin Bodrum şəhərində yaşayan 38 yaşlı Ayşe Abuşoğlu ana südü və körpənin ilk saç tellərindən istifadə edərək möhtəşəm sənət əsərləri yaradır.

Metbuat.az Türkiyə mediasına istinadla bildirir ki, bankda işləyən Ayşe Abuşoğlu 4 il əvvəl ana olub. Xatirə saxlamağı sevən qadın internetdən araşdırma edərək ana südünün də saxlana bildiyini və xarici ölkədə bir ananın bunu daşlaşdıraraq bəzək əşyasına çevirdiyini öyrənib.

Bundan sonra Abuşoğlu çox fərlqi tərkibi olan ana südünü saxlamaq üçün çalışmalara başlayıb. 1 il yarım çəkən çalışma nəticəsində Abuşoğlu ana südünü daşlaşdırmağa nail olub.

Özü kimi başqa anaların da bu həyəcanı yaşamaq istədiyini düşünən Abuşoğlu bir dizayn şirkəti quraraq üzük, biləklik, boyunbağı kimi bəzək əşyaları dizayn edib.

Bəzək əşyalarında ana südü ilə yanaşı körpələrin saç tellərindən istifadə edərək üzərinə müxtəlif fiqurlar və hərflər də çəkməyə başlayıb.

Bir polisin həyat yoldaşından gələn tələbdən sonra qadın əl işlərində qandan da istifadə etməyə başlayıb.

Abuşoğlu əl işlərinin qiymətinin 150 ilə 750 manat arasında dəyişdiyini bildirib.





'HER TASARIM FİDANA DÖNÜŞÜYOR'

http://metbuat-az.com/news/1114386/meshur-fenomen-...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR