Atası qızının Fərda ilə evlənməsinə qarşı çıxdı - Yeddi dəfə elçi düşdü

Atası qızının Fərda ilə evlənməsinə qarşı çıxdı - Yeddi dəfə elçi düşdü
12:08 23 Yanvar 2019
177 Şou
Ölkə mətbuatı
A- A+

Baş rollarda aktrisa Xəyalə Quliyeva və Fərda Xudaverdiyevin oynadığı “Taksi Liza” filminin qala gecəsi keçirilib.

Publika.az xəbər verir ki, komediya filminin rejissorları Pərviz Həsənov və Cabir Hacıyev, ssenari müəllifləri Nicat Dadaşov və Elçin Muradovdur. Ekran işində F.Xudaverdiyevlə X.Quliyevadan savayı Cəfər Namiq Kamal, Zemfira Əbdülsəmədova, Faiq Mirzəyev və digərləri rol alıb.

Ekran işi amerikan polisi olmaq istəyən azərbaycanlı taksi sürücüsünün macəralarından danışır. Dursun obrazını canlandıran aktyor filmdə sevdiyi qıza düz yeddi dəfə elçi getsə də, atası İftixar bəy razılaşmır. O, qızını taksi sürücüsünə vermək istəmir. Həmin ərəfədə İftixar bəy Bakıya gətizdirdiyi məşhur “Mona Liza” rəsm əsərini sərgidə nümayiş etdirməyi planlaşdırır. Şəkil naməlum şəxslər tərəfindən oğurlanır. Əsas hadisələr də bundan sonra Dursun (red. Fərda Xudaverdiyev) ətrafında cərəyan edir.

Debüt filmi ilə tamaşaçı qarşısına çıxan Xəyalə Quliyeva həyəcanlı olduğunu gizlətməyib:

“Çox yemək yeyən xanımı oynamışam. Yəqin ki, bu rolu mənə çəkimdən dolayı həvalə ediblər. Çəkilişlər Şüvəlanda baş tutub, çətin keçdi, yayın 40 dərəcə istisində işləyirdik, yanırdıq”.

Təqdimata həyat yoldaşı ilə birlikdə gələn aktrisa etiraf edib ki, yoldaşı onu heç vaxt tək buraxmır. “Maşın şou”nun qalibi onu da əlavə edib ki, verilişdə qazandığı avtomobillə birlikdə gəlib.

Aytən

Foto: Pərviz Həşimi


Xəbərin orijinal ünvanı: https://publika.az/news/magazin1/267156.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR