Macarıstan Azərbaycandan qaz idxal olunması variantlarını nəzərdən keçirir

Macarıstan Azərbaycandan qaz idxal olunması variantlarını nəzərdən keçirir
11:18 14 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 14 yanvar /Trend/

Macarıstan Rusiya hakimiyyətinə onun qaz anbarlarından istifadə etməyi təklif edib. Trend xəbər verir ki, bunu ölkənin XİN rəhbəri Peter Siyarto “Reuters” agentliyinə müsahibəsində deyib.

Siyasətçi izah edib: “Burada nə qədər çox qaz saxlanılarsa, bizim üçün həm iqtisadi, həm də enerji təhlükəsizliyi baxımından bir o qədər yaxşıdır".

2014-cü ildə "Qazprom" artıq Macarıstanın qaz anbarlarına 700 milyon kubmetr qaz vurmaqla onlardan istifadə edib. Bununla yanaşı, Macarıstan hakimiyyəti anbarı Rusiyaya satmağa hazırlaşmadığını qeyd edib.

Qaz anbarından istifadənin Rusiyaya təklif edilməsi Macarıstan üçün “Cənub axını” qaz kəmərinin inşasının ləğvindən sonra Rusiya qazının alınmasını təmin etməyin üsullarından biridir.

Siyartonun sözlərinə görə, indi ölkə hakimiyyəti Türkiyə, Yunanıstan, Makedoniya və Serbiya ilə Mərkəzi Avropada yeni qaz kəmərinin tikintisi ilə bağlı danışıqlar aparır. Bundan başqa, Macarıstan Azərbaycandan və Xorvatiyadan maye qaz terminalı vasitəsilə qaz idxalı variantlarına baxır.

2014-cü ilin dekabrında Rusiya elan etdi ki, artıq Avropa istehlakçılarını Ukraynadan yan keçərək Rusiya qazıyla təmin etməli olan "Cənub axını" layihəsini inkişaf etdirməyəcək. Rusiya Federasiyası hakimiyyəti Avropa İttifaqının qeyri-konstruktiv mövqeyinə görə layihəni dayandırdığını bildirdi. Bunun yerinə Türkiyədə başqa qaz kəmərinin tikiləcəyi ehtimal edilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR