Türkiyəli məşhurların bilinməyən xəstəlikləri - FOTO

Türkiyəli məşhurların bilinməyən xəstəlikləri - FOTO
12:37 23 Yanvar 2019
Ölkə mətbuatı
A- A+

Ekranlarda gördüyümüz məşhurların da özlərinə görə problemi var. Onlardan bəzisi oxumaqda çətinlik çəkir, bəzisi başı gicəlləndiyi üçün çəkilişi ertələyir.Milli.Az ölkə.az-a istinadla oxucularına məşhurların heç bilinməyən xəstəliklərinin siyahısını təqdim edir.Əsli ƏnvərƏsli Ənvər oxumaqda çətinlik çəkir və bu səbəbdən disleksiya xəstəliyindən əziyyət çəkir. Normal bir insanın yarım saata oxuduğu mətni Əsli 5 saata oxuyur. Disleksiya insanın normal və ya yaxşı intellekt səviyyəsinə sahib olmasına rəğmən, oxumaq, yazmaq və dil qabiliyyətlərində problem yaşamasına səbəb olan xəstəlikdir.Sərtab ƏrənərSərtab 11 yaşından bir bağırsaq xəstəliyinə yoluxub. 1995-ci ildə qalın bağırsağını kəsdirərək sağlamlığına qovuşub.Tuba ÜnsalTuba FMF xəstəliyindən əziyyət çəkdiyi üçün tez-tez qarın ağrısı, təngnəfəslik və yüksək hərarət şikayətləri ilə həkimə müraciət edirdi. Uzun müddət davam edən müalicədən sonra sağlamlığına qovuşub.Bensu Soral16 yaşı olanda atasının "çəkinə nəzarət et" xəbərdarlığından çox inciyən Bensu ağır bir pəhrizə başlayıb. Pəhriz zamanı dəfələrlə ürəyi gedən Soral xəstəxanaya yerləşdirilib və epilepsiya diaqnozu qoyulub.Sonradan isə bu diaqnozun səhv olduğu üzə çıxıb. Bensu deyir: 
"Həkimin diaqnozu səhv imiş. Epilepsiya xəstəsi deyiləm. Ürəyimdə ciddi təhlükəsi olmayan amma ömrü boyu davam edəcək bir problem var. Pəhriz isə bunu üzə çıxarıb. Həyəcan və nəbzi yüksəldən idmanlar mənə qadağan edilib. Mən də buna görə yaşayıram".Beren Saat
Son dövrlər "Netflix"lə müqavilə imzalaması ilə gündəmə düşən Beren dırnaq yemək xəstəliyindən əziyyət çəkib. Dərman müalicəsi ilə bu vərdişini tərgidib.Beyazıt Öztürk49 yaşlı komediya ustası badamcıqlarından şikayət edir. Soyuq qidalar qəbul edə bilməyən Beyazıt tez-tez həkimə müraciət edir.Kıvanç TatlıtuğMəşhur aktyor yuxu apnesi xəstəliyindən əziyyət çəkir. Bu xəstəlik xoruldama və yuxuda nəfəsalma probleminə səbəb olur. Uzun müalicədən sonra xəstəliyə qalib gəlib.Gökhan Özoğuz"Athena" qrupu ilə məşhurlaşan Gökhan Vertiqo xəstəliyindən əziyyət çəkir. Bu xəstəliyə görə "O səs Türkiyə" müsabiqəsindəki çəkilişlərdə iştirak edə bilmədi. Bu xəstəlik baş gicəllənməsi, qulaq cingiltisi, ürəkbulanması, qusmaq kimi problemlərə səbəb olur.Sezen AksuSezen Aksu panik hücum xəstəliyindən əziyyət çəkir. Bu xəstəlik beynimizdə bizi yaşamağa sövq edən və hücumlardan qoruyan həyəcan siqnalı mərkəzinin pozulmasıdır.Defne SamyeliDefne Samyeli 2000-ci ildə uşaqlıq yolu xərçənginə yoluxub. Əməliyyat zamanı Nyu-Yorkda qalan məşhur model Türkiyəyə sağlam qayıdıb.Milli.Az

Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/723804.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR