"İmplant əks reaksiya verərsə, dərhal çıxartmalıyıq" - Travmatoloq-ortoped

Kəskin hərəkət edərkən, zərbə nəticəsində, hündür yerdən yıxılarkən, avtomobil qəzası və digər bədbəxt hadisələr nəticəsində bədənin müxtəlif sümükləri sına bilər. Sınıqlar qapalı və açıq olur. Sınmış sümüklər görünürsə, yəni əzələnin və dərinin tamlığı pozulmuşsa, buna açıq sınıqlar, pozulmamışsa, buna qapalı sınıqlar deyilir.

“Oynaqların deformasiyaları, qığırdaq toxumalarının yeyilməsi, sümük sınıqları zamanı implant əməliyyatları icra edilir”.

Bunu Metbuat.az-a açıqlamasında həkim travmatoloq-ortoped Rəşad Zeynalov deyib. Onun sözlərinə görə, implantlar bildiyiniz bütün sümüklərə qoyula bilər.

İmplantların bədənə əks təsirlərinin ola biləcəyini vurğulayan həkim bildirib ki, implant əgər yad cism reaksiyası verərsə, infeksiya mənbəyi olarsa xəstənin yaşından asılı olmayaraq çıxartmaq məsləhət görülür. Diz qapağına qoyulan implantlar sınığa bağlıdırsa, bir ildən sonra çıxarırıq.

Həkim sonda əlavə edib ki, ölkəmizə yalnız İSO standartlarına uyğun implantlar gətirilir. İmplantların materialı paslanmaz poladdan və titaniumdan olur. Titanium daha az reaksiya verən material olduğu üçün ondan istifadəyə üstünlük veririk. Qiymətə gəldikdə isə titaniumun qiyməti poladdan 2 qat baha olur.

Aysel Yaqubqızı / Metbuat.az

Sistit zamanı bu içkidən için - Olduqca faydalıdır - HƏKİM MƏSLƏHƏTİ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR