Prezident İlham Əliyev “Equinor” şirkətinin baş icraçı direktoru ilə görüşüb (FOTO)

Prezident İlham Əliyev “Equinor” şirkətinin baş icraçı direktoru ilə görüşüb (FOTO)
13:15 23 Yanvar 2019
21 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 23-də Davosda “Equinor” (keçmiş “Statoil”) şirkətinin baş icraçı direktoru Eldar Saetre ilə görüşüb.

Azərbaycan Prezidentinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə “Azəri-Çıraq-Günəşli” yataqlar bloku ilə bağlı SOCAR-la “Equinor” şirkəti arasında əməkdaşlıq məsələləri müzakirə olundu.

Dövlətimizin başçısı “Equinor”un Azərbaycanda fəaliyyətini davam etdirməsindən məmnunluğunu bildirdi.

Söhbət zamanı “Qarabağ”, “Əşrəfi”, “Dan ulduzu” perspektiv layihələri və “Dədə Qorqud” qurğusunun təmiri ilə bağlı fikir mübadiləsi aparıldı.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/politics/3009460.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR