Azərbaycan investorlar üçün cəlbedici ölkədir - Millət vəkili

Azərbaycan investorlar üçün cəlbedici ölkədir - Millət vəkili
13:18 23 Yanvar 2019
43 Digər
Ölkə mətbuatı
A- A+

“Ölkədəki stabillik, qanunvericilik bazasının mükəmməl qurulması, maliyyə resurslarının əlçatan olması, dövlət tərəfindən biznes mühitinin inkişaf etdirilməsi, kölgə iqtisadiyyatının aradan qaldırılması, şəffaflığın təmin olunması istiqamətində böyük tədbirlər həyata keçirilib. Məhz buna görə də Azərbaycan investorlar üçün cəlbedici ölkədir”.

Bu sözləri Publika.az-a açıqlamasında millət vəkili, Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü Aydın Hüseynov deyib.

Millət vəkili bildirib ki, Azərbaycanda biznes mühitinin münbitliyi ilə bağlı cənab prezident İlham Əliyevin apardığı islahatlar artıq öz nəticəsini göstərir:

“Davos İqtisadi Forumunun qiymətləndirilməsinə əsasən, Azərbaycan biznes mühitinin inkişafına görə dünya ölkələri sırasında 25-ci yerdədir. Bu da təsadüfi rəqəm deyil. Ölkədəki stabillik, qanunvericilik bazasının mükəmməl qurulması, maliyyə resurslarının əlçatan olması, dövlət tərəfindən biznes mühitinin inkişaf etdirilməsi, kölgə iqtisadiyyatının aradan qaldırılması, şəffaflığın təmin olunması istiqamətində böyük tədbirlər həyata keçirilib. Məhz buna görə də Azərbaycan investorlar üçün cəlbedici ölkədir. Xüsusilə, Prezident İlham Əliyevin həyata keçirdiyi ən uğurlu layihələr Bakı-Tbilisi-Qars dəmiryolu, TAP, TANAP regionda və dünyada Azərbaycanın iqtisadi məkana çevrilməsi üçün vacibdir. Buna görə də investorların ölkəmizə cəlb edilməsi asanlaşır. Ən başlıcası isə Azərbaycan etibarlı tərəfdaş olması, prezident İlham Əliyevin simasında verdiyi vədləri yerinə yetirməsi və öhdəliklərinin məsuliyyətini dərk etməsi imicinə malikdir. Buna görə də İlham Əliyev Davos İqtisadi Forumunda çoxtərəfli görüşlər həyata keçirdi. Dünyanın ən böyük maliyyə korporasiyalarına malik olan kampaniya və şirkətlərlə bir araya gəldi. Həmçinin, Çin iqtisadiyyatında önəmli rolu olan şirkətlərin başçıları ilə müzakirələr apardı”.

A.Hüseynov qeyd edib ki, Azərbaycanın əlverişli coğrafi mövqeyi iqtisadi sferaya rahatlıqla transfer olunub:

“Azərbaycan öz iqtisadiyyatı üçün böyük önəm kəsb edən nəqliyyat qovşağına çevrilib. Şimal-cənub, şərq-qərb istiqamətində yüklərin daşınması üçün ölkəmiz əlverişli bir məkanda yerləşir. “Bir yol, bir kəmər” prinsipi ilə bu əlverişlilik daha da genişlənir. Buna görə də bütün istiqamətlər üzrə daşınan yüklərdə Azərbaycan həm tranzit ölkə kimi çıxış edir, həm də bu yüklərin daşınmasında iştirak edən ölkə olur. Uzaq Şərqdən Avropaya daşınan yüklərin ölkəmizdən keçməsi həm zaman, həm də iqtisadi səmərə baxımından bütün ölkələr üçün əlverişli üsuldur. Eləcə də, şimal-cənub istiqamətində daşınan yüklərin. Bu daşınmaya yaxında Əfqanıstan və bir çox region ölkələri qoşulacaq. Bu isə Azərbaycanın bu sahədəki dinamik rolunu, iqtisadi nüfuzunu artıracaq”.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_tehlil/267158.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR