İlham Əliyev “Suez Group”un icraçı vitse-prezidenti ilə görüşdü

İlham Əliyev “Suez Group”un icraçı vitse-prezidenti ilə görüşdü
13:23 23 Yanvar 2019
16 Ölkə
Ölkə mətbuatı
A- A+

Yanvarın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda “Suez Group” şirkətinin beynəlxalq inkişaf üzrə icraçı vitse-prezidenti Erik Gebali ilə görüşü olub.

Görüşdə Erik Gebali “Suez Group”un Azərbaycanda su infrastrukturunun inkişaf etdirilməsi sahəsində fəaliyyətindən və ölkəmizlə əməkdaşlığın uğurlu olmasından danışdı. O, Azərbaycan ilə əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduqlarını bildirdi.

Prezident İlham Əliyev “Suez Group” ilə əməkdaşlıq çərçivəsində görülən işlərin əhəmiyyətini vurğuladı, şirkətlə əməkdaşlığın ölkəmizdə su infrastrukturunun daha da təkmilləşdirilməsinə böyük töhfə verdiyini qeyd etdi.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/resmixronika/267172.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR