Əfqanıstanda hərbi bazaya hücumun təşkilatçısı məhv edilib

Əfqanıstanda hərbi bazaya hücumun təşkilatçısı məhv edilib
13:37 23 Yanvar 2019
24 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 23 yanvar. REPORT.AZ/ Əfqanıstanın Milli Təhlükəsizlik İdarəsi yanvarın 21-də “Taliban” radikal hərəkatının Vərdək əyalətindəki hərbi bazaya həyata keçirdiyi hücumun təşkilatçısının məhv edildiyini bildirib.
“Report” “ToloNews”a istinadən xəbər verir ki, həmin əyalətdə həyata keçirilən hava zərbələri nəticəsində ümumiyyətlə, 7 terrorçu məhv edilib.
Xatırladaq ki, yanvarın 21-də Vərdək əyalətinin mərkəzi Meydanşəhr şəhərində, paytaxt Kabilin 44 kilometr cənub-qərbində yerləşən təhlükəsizlik qüvvələrinin bazası qarşısında partlayıcı maddə dolu avtiomobil kamikadze terrorçu tərəfindən havaya uçurulmuş, sonra isə onun yoldaşları bazanı atəşə tutmuşlar, nəticədə 126 hərbçi həlak olmuş, 26 nəfər də yaralanmışdı.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/efqanistanda-herbi-bazaya-hucumun-teskilatcisi-mehv-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR