Azərbaycanda gəncləri işə götürən sahibkarlara güzəştlər ediləcək

Azərbaycanda gəncləri işə götürən sahibkarlara güzəştlər ediləcək
13:52 23 Yanvar 2019
32 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 23 yanvar. REPORT.AZ/ "Hazırda həm qanunvericiliyə, həm də peşə təhsili ilə bağlı bu yaxınlarda qəbul edilən strateji yol xəritəsinə uyğun olaraq işəgötürənlərin stimullaşdırılması ilə bağlı mexanizm hazırlanır".
"Report" xəbər verir ki, bunu peşə təhsili üzrə Dövlət Agentliyinin şöbə müdiri Zamin Bədirxanov "Gənclərin məşğulluğu: işəgötürənlərin baxışı, çağırışlar və perspektivlər" mövzusunda keçirilən konfransda deyib.
Onun sözlərinə görə, bu mexanizm peşə və peşə təlimi müəssisələri ilə əməkdaşlıq edən işəgötürənlərə şamil olunacaq: "Onların əməkdaşlıq səviyyəsindən asılı olaraq müəyyən güzəştlərin olması nəzərdə tutulur".

Xəbərin orijinal ünvanı: https://report.az/sosial-mudafie/azerbaycanda-gencleri-ise-goturen-sahibkarlara-guzestler-edilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR