Milli.Az xəbər verir ki, bunu modern.az-a açıqlamasında Mikayıl Müşfiqə aid olduğu iddia edilən qalıqların araşdırlması üzrə yaradılan işçi qrupun üzvü, Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev deyib.O bildirib ki, hazırda axtarışlar təkcə Müşfiqlə bağlı davam etdirilmir:"Axtarışlar davam etdirilir. Bütün qəbirlər yoxlanılır. Orada təkcə Müşfiqlə bağlı deyil, digər şəxslərə məxsusluğu iddia olunan sümüklər üzərində də iş aparılır. Çünki həmin ərazidə bir çox tanınmış insanlara aid edildiyi iddia olunan sümüklər var. Ərazi vaxtilə "NKVD qəbiristanlığı" olub. Ona görə də məsələni bir adam üzərində qurmaq doğru deyil".Çingiz Abdullayev yoxlamaların nə zaman bitəcəyini də söyləyib:"Güman ki, yoxlamalar iki, ya da üç həftəyə yekunlaşa bilər".Prezident İlham Əliyev Stalin repressiyasının qurbanı olmuş və 1938-ci ildə güllələnmiş nakam şair Mikayıl Müşfiqin qalıqlarının tapılması haqqında kütləvi informasiya vasitələrində yayılan materialların araşdırılması ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyası, Səhiyyə, Mədəniyyət nazirlikləri və digər əlaqədar qurumların nümayəndələrindən ibarət işçi qrupun yaradılması barədə göstəriş verib. Noyabrın 1-də işçi qrupunun Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin yanında ilk iclası keçirilib.İclasda Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işçi qrupuna Mikayıl Müşfiqin qalıqlarının aşkar edilməsi ilə bağlı KİV-lərdə gedən məlumatların öyrənilməsi, müvafiq arxiv materiallarının araşdırılması, şairə məxsus olduğu ehtimal edilən qalıqların DNK analizinin keçirilməsi və digər zəruri tədbirlərin görülməsi ilə əlaqədar tapşırıqlar verilib. Mikayıl Müşfiqə aid olduğu iddia edilən qalıqların aşkarlandığı yer Qaradağ rayonu ərazisində vaxtilə "NKVD qəbiristanlığı" olub. Milli.Az
““NKVD qəbiristanlığı”ndakı bütün qəbirlər yoxlanılır” - Çingiz Abdullayev
0552252950 (Whatsapp)
BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR
Top xəbərlər
Son xəbərlər »
Macarıstan Azərbaycandan daha çox həcmdə təbii qaz almağı
25 Aprel 2024
11:22
Qırğızıstan Prezidenti Sadır Japarov Füzuli rayonuna gedib
25 Aprel 2024
11:11
Əməkdar jurnalistə ağır itki
25 Aprel 2024
11:09
Nəsib Quliyevin ölümünə səbəb bu qadın imiş -
25 Aprel 2024
11:00
Mən elə söz deməmişəm -
25 Aprel 2024
10:56
“Qarabağ” və “Zirə” ikinci dəfə finalda
25 Aprel 2024
10:50
"Fənərbaxça"nın ulduzu İspaniya nəhənginə keçir
25 Aprel 2024
10:43
Laçına da öz avtomobilimizlə gedə biləcəyik -
25 Aprel 2024
10:38
Paşinyanın çox arzuladığı sülhə təhlükə yaranacaq -
25 Aprel 2024
10:34
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir -
25 Aprel 2024
10:34