Gənc bloqer telefonunu itirdikdən sonra ağlayıb və intihar edib - FOTOLAR

İngiltərədə tələbə müəmmalı şəkildə intihar edib.

Metbuat.az oxu.az-a istinadən xəbər verir ki, bu haqda "Daily Mail" məlumat yayıb.

Bildirilir ki, gənc oğlan klubda əylənərkən "İphone" smartfonunu itirdiyindən kədərlənib və bu üzdən çox ağlayıb. Ertəsi gün onun meyiti Salford universitetinin yataqxanasında aşkarlanıb. Jurnalistika fakultəsində təhsil alan tələbə intihar edib.

Gəncin ailəsi bildirib ki, o, intihar etmək fikrində olmayıb. Qohumların fikrincə, o, bunu spirtli içkinin təsiri altında edib.

Gənc oğlanın dostları isə bildiriblər ki, o, depressiya haqqında oxuyan müğənnilərə maraq göstərib və "İnstagram" səhifəsində "Artıq ölməli idim" yazısını paylaşıb.

Qeyd edək ki, itirilən telefonu tapmaq mümkün olmayıb.

Bu il Bakıya QAR YAĞACAQ? - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR