İşəgötürənlərin stimullaşdırılması ilə bağlı mexanizm hazırlanır - Agentlik rəsmisi

Hazırda Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən peşə təhsili ilə bağlı bu yaxınlarda qəbul edilən strateji yol xəritəsinə uyğun olaraq işəgötürənlərin stimullaşdırılması ilə bağlı mexanizm hazırlanır.

Metbuat.az-ın trend.az-a istinadən verdiyi məlumata görə, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin şöbə müdiri Zamin Bədirxanov "Gənclərin məşğulluğu: işəgötürənlərin baxışı, çağırışlar və perspektivlər" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu mexanizm peşə və peşə təlimi müəssisələri ilə əməkdaşlıq edən işəgötürənlərə şamil olunacaq.

Z.Bədirxanov qeyd edib ki, güzəştlərin işəgötürənlərin əməkdaşlıq səviyyəsindən asılı olaraq edilməsi nəzərdə tutulur.

Qeyd edək ki, ötən il Azərbaycanda ilk dəfə olaraq “Peşə təhsili haqqında” qanun qəbul edilib. Qanunda peşə təhsili üzrə işəgötürənlərin stimullaşdırılması ilə bağlı maliyyə, hüquqi və digər sahələr üzrə güzəştlərin verilməsi nəzərdə tutulur.

Bu il Bakıya QAR YAĞACAQ? - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR