Bakı bu cəbhədə İrəvanı DİZ ÇÖKDÜRDÜ - 4 saatlıq Paris görüşünün DETALLARI

Bakı bu cəbhədə İrəvanı DİZ ÇÖKDÜRDÜ - 4 saatlıq Paris görüşünün DETALLARI
14:23 23 Yanvar 2019
45 Digər
Ölkə mətbuatı
A- A+

“Xarici işlər nazirlərinin Parisdə keçirilən görüşü Ermənistanın maraqları kontekstində hər hansı predmetə təsir göstərmədi. Əksinə, baş verənlər rəsmi Bakının siyasətinə uyğundur”.

Publika.az
xəbər verir ki, bu barədə erməni politoloq Arman Melikyan deyib.

Onun sözlərinə görə, Nikol Paşinyanın Qarabağı danışıqlar masasına gətirmək cəhdləri baş tutmadı: “Bakı ideyaya qarşı çıxdı və İrəvan Qarabağı masaya tərəf kimi gətirmək üçün heç nə edə bilmədi. Xarici işlər nazirlərinin görüşü də hazırda aparılan siyasətin Azərbaycan “dəyirmanına su tökdüyünü” göstərir”.

Erməni politoloq rəsmi İrəvanın passiv siyasətinin narahatlıq yaratdığını qeyd edib.

“Münaqişənin nizama salınması ilə bağlı aktiv proqramın olmaması 2016-cı ildə “aprel müharibəsi”nin baş verməsinə və ərazilərin bir qisminin Azərbaycan tərəfindən azad edilməsinə səbəb oldu. Həmsədrlərin sülh çağırışları məni narahat etmir, həyəcanlandırıcı məqam rəsmi İrəvanın real siyasət yürütməməsidir. Bu, hələ keçmiş hakimiyyətin dövründə də belə idi, təəssüf ki, vəziyyət hələ də kardinal şəkildə dəyişmədi. Əgər belə davam edəcəksə, Ermənistanın yeni hakimiyyəti ciddi çətinliklərlə rastlaşacaq və bizim itkilərimizin həcmi artmağa davam edəcək”, - deyə o bildirib.

Melikyan hesab edir ki, Paris görüşü Azərbaycanın diplomatik qələbəsidir: “Hətta Məmmədyarovla Mnatsakanyan 4 saat ərzində heç nə danışmadan bir-birinin üzünə baxıblarsa belə, bu, danışıqların başlanması kontekstində Bakının uğurudur. Hərçənd, biz görüşdə nəticəyə hesablanmış konkret məsələlərin müzakirə edildiyini bilirik”.

Asif


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_tehlil/267180.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR