"İstəməzdim ki, qzım aktrisa olsun" - Aktrisa Nərgiz Əliyeva ilə MÜSAHİBƏ

Metbuat.az-ın növbəti müsahibi sevilən aktrisa Nərgiz Əliyevadır.

Həmin müsahibəni təqdim edirik:

- Nərgiz xanım, necə oldu ki, aktrisa olmaq fikrinə düşdünüz?

- Uşaqlıqdan bəri sənətə həvəsim var idi, hətta mən uzun müddət Şən və Hazırcavablar klubunda da iştirak etmişəm. Öz komandamda olub.

- Sənət həyatınızda indiyə kimi ən çox bəyənilən rolunuz “Xənnas” filmində oldu desək yəqin ki, yanılmarıq?

- Bəli hər aktyor və aktrisanın bir vizit kartı olur. Mənimki isə “Xənnas” filmi idi deyə bilərəm.

- Sizi həm komik həm də dramatik rollarda görmüşük. Bəs sizcə hansı sizdə daha yaxşı alınır?

- Mən aktrisa kimi daha çox dramatik rollarda çıxış etmişəm, amma keçmiş KVK macəramı nəzərə alsaq və bu sahədə istedadlı olduğumu nəzərə alsaq komediya oynamaq mənim üçün daha maraqlıdır.

- Bu yaxınlarda “Təhminə və Zaur” serialında Gülnar obrazını canlandırırdınız, amma serial bitti bəs yeni serial olacaq?

- Bəli “Təhminə və Zaur” gözəl serial idi, amma təssüfki artıq bitti. Çox təkliflər var, içlərində ən yaxşı olanları dəyərləndirəcəyəm, amma daha çox film layihələrinə köklənmişəm, çünki film daha qalıcıdır.

- Nərgiz xanım, bəs teatrdan təklif gəlsə necə qəbul edərsiniz?

- Bu yaxınlarda teatrdan bir təklif almışam. Düşünürdüm ki, bunu bacarmaram, çünki hər kəs bilir ki, teatr çox qəliz işdir, amma məni inandırdılar ki, “Sən bunu bacaracaqsan”. Və mən düşünürəm ki, hər şey əla olacaq.

- Filmlərə köklənəcəm dediniz, yeni filmlər necə olacaq?

- İki film olacaq, biri mənim öz filmim, digəri isə çəkilməyim üçün gələn təklifdir. İnanıram ki, hamısı uğurla baş tutacaq.

- Bir çox aktrisa və aktyor özünü aparıcılıqda sınayır. Bəs sizin belə bir fikriniz var?

- Hazırda yoxdur, amma yaxşı bir layihə olsa, və mən özümü həmən layihədə görsəm niyə də olmasın?

- Allah saxlasın, çox gözəl qızınız var, bəs qızınızın sizin yolunuzu davam etdirib, aktrisa olmağını istəyərdiniz?

- Bilirsiniz bizim işimiz çox çətindir, saatlarla soyuq havalarda çəkilişlər, uzun-uzadı məşqlər. Ona görə də istəməzdim ki, aktrisa olsun.

- Bu yaxınlarda “Maşın şou”da oldunuz. Bu macəra sizə necə təsir etdi?

-“Maşın şou” çox maraqlı bir təcrübə idi və mən neçə üz məşhurun içindən seçilərək orada iştirak edirdim. Orada 1 həftə qaldım və bu şounun tarixində heç də qısa zaman dilimi deyil. Və çox sevinirəm ki, mən orada öz simamı qoruyub saxlayanlardan biri oldum.

-Xoş söhbətinizə görə təşəkkürlər Nərgiz xanım.

- Siz sağolun.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR