"İlham Əliyevin Forumda iştirakı ölkəmizin gələcək inkişafı üçün imkanlar yaradır" - Ekspert

"İlham Əliyevin Forumda iştirakı ölkəmizin gələcək inkişafı üçün imkanlar yaradır" - Ekspert
14:53 23 Yanvar 2019
Ölkə mətbuatı
A- A+

"Prezident İlham Əliyevin Davos İqtisadi Forumunda iştirakı maraqların düzgün qiymətləndirilməsinə, seçilməsinə və istiqamətləndirilməsinə imkan yaradır, ölkəmizin gələcək inkişafı üçün hər dəfə yeni imkanlar və nəticələr əldə etməyə yol açır".

Bu sözləri Publika.az-a açıqlamasında iqtisadçı ekspert Pərviz Heydərov deyib.

Forumun əhəmiyyətindən danışan ekspert bildirib ki, Davos şəhərində hər il bu vaxt keçirilən Ümumdünya İqtisadi Forumu dünya iqtisadiyyatının aparıcı ölkələrinin liderlərinin bir araya gəlməsi, o cümlədən müxtəlif beynəlxalq maliyyə, iqtisadi və reytinq qurumlarının, həmçinin iri, məşhur şirkət və bank nümayəndələrinin, eləcə də siyasi elita təmsilçilərinin bir məkana toplaşmağı baxımından çox əhəmiyyətlidir.

“Çünki bu, dünya iqtisadiyyatının real mənzərəsinə baxış keçirtmək və qiymətləndirmək, bir sıra prosesləri dəyərləndirmək, bazarlarda mövcud durumu dilə gətirmək, müvafiq təhlillər aparmaq, yaxın və orta perespektiv üçün proqnozlar irəli sürməyə imkan açır.

Azərbaycan xırda ölkədir, dünya iqtisadiyyatında çox cüzi paya sahibdir. Ancaq olduqca mühüm bir regionda yerləşir və böyük siyasi, iqtisadi nüfuza malikdir. Dövlət başçımızın yürütdüyü siyasət nəticəsində ölkəmiz öz əhəmiyyətini demək olar ki, bütün aparıcı iqtisadi ölkələrə və dövlətlərə kifayət qədər güclü şəkildə sübut edib. Ölkəmiz bir sıra mühüm strateji layihələrin təşəbbüskarı, icraçısı və söz sahibidir. Cənubi Qafqazda bütün növ nəqliyyat sahələri üzrə paytaxtdır, mərkəzdir”.

P.Heydərov bildirib ki, bu Forum xarici investorların Azərbaycana maraqlarını düzgün istiqamətləndirməyə imkan verəcək:

“Onlara konkret olaraq hansı sahəyə investisiya qoyulmalı olduğu aşılanmalıdır. Son zamandan qeyri-neft sektorunun inkişafı prioritet sahədir. Ölkənin gələcək iqtisadi inkişafı, dayanıqlılığı bu sahənin inkişafından asılı hesab edilir. Ona görə də son illərdə hökumətin və dövlət başçısının əsas istəyi beynəlxalq sərmayəçilərdə ölkəmizə investisiya qoymaq fikrini formalaşdırmaqdır. Təbii ki, bunun üçün ölkəmizdə hər cür şərait yaradılır. Yaxşı olar ki, Azərbaycanın rabitə, kənd təsərrüfatı, turizm kimi sahələrinə investisiya cəlb edilsin. Dövlət başçısının forumda iştirakının əsas məqsədi Azərbaycanın iqtisadi baxımdan cəlbediciliyini xarici investorlara çatdırmaqdır. Panel çıxışları və Çin telekanalarına sonuncu müsahibəsində dövlət başçısı ölkədə nəqliyyat sektorunda zəngin infrastruktur yaradıldığını diqqətə çatdırıb. Bu infrasturktur investorları bura cəlb etmək məqsədi daşıyır”.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/gundem/267179.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR