"Barselona" 60 milyonluq gənc futbolçunu 90 milyona alır

"Barselona" 60 milyonluq gənc futbolçunu 90 milyona alır
15:03 23 Yanvar 2019
68 İdman
Ölkə mətbuatı
A- A+

"Barselona" növbəti transferini gerçəkləşdirməyə hazırlaşır.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Kataloniya klubu"Ayaks"ın yarımmüdafiəçisi Frenki de Yonqla danışıqları yekunlaşdırıb.

Transfer 90 milyon avroya başa gələcək. Yarımmüdafiəçinin keçidi rəsmən yaxın günlərdə açıqlanacaq.

Qeyd edək ki, niderlandlı futbolçunun xidmətində “Bavariya” və “Mançester Siti” də maraqlı idi.

21 yaşlı futbolçunun “Transfermarkt” qiyməti 60 milyon avrodur.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/idman/267184.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR